Şagirdi döydüyü iddia edilən müəllimin günahsızlığı sübut olundu - RƏSMİ
23-04-2022, 11:03
530

Şagirdi döydüyü iddia edilən müəllimin günahsızlığı sübut olundu - RƏSMİ

Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin fiziki tərbiyə müəllimi Kəmalə Qasımovanın dərs zamanı şagirdi döyməsi iddiası rəsmən təsdiqini tapmayıb.

TehsilForumu.Az "BAKU.WS"ə istinadən xəbər verir ki, Xəzər Rayon Prokurorluğunda aparılan araşdırma yekunlaşıb. Qeyd edək ki, iddiada müəllim Qasımova Kəmalənin valideyn Rüstəmova Təranənin övladı Əliyeva Leylanın başını dəfələrlə divara vurması və şəxsiyyətini alçaldaraq nalayiq ifadələr işlətməsi bildirilirdi. Prokurorluqdan verilən cavabda isə ərizədə qeyd olunanların öz təsdiqini tapmaması səbəbindən və cinayət hadisəsi müəyyən edilmədiyindən prosesə xitam verildiyi bildirilib.

Həmçinin, Rüstəmova Təranə Litvin qızının müəllim barəsində şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitləri ilə yaymasının cinayət tərkibinin olub-olmaması araşdırılması Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinöə göndərilib.

Qeyd edək ki, təqribən 3 ay öncə Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdinin valideyni övladının fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşdığını iddia etmişdi. Həmin vaxt məktəblinin valideyninə azyaşlının tibbi ekspertizadan keçirilməsi təklif olunmuşdu. Lakin valideyn uşağın xəsarətinin olmadığını bildirib və tibbi ekspertizadan keçirilməsini istəməmişdi. Göründüyü kimi üstündən 3 ay keçməsindən sonra valideynin iddiasının əsassız olması sübut olunub.






0 0

Şərhlər

Oxşar xəbərlər