Bakıda idman müəllimi şagirdləri döyüb? -
12-01-2022, 13:01
428

Bakıda idman müəllimi şagirdləri döyüb? -

Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbdə şagirdlər döyülüb.

TehsilForumu.Az  xəbər verir ki, bu barədə döyülən şagirdlərdən birinin valideyni tərəfindən sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda bildirilir ki, idman dərsi zamanı şagirdlər divarda şəkil çəkdikləri üçün idman müəllimi Kəmalə Qasımovanın zorakılığına məruz qalıblar.

"Qızım digər şagirdlər kimi markeri çıxarıb nəsə çəkmək istəyəndə idman müəllimi Kəmalə Qasımova qızımın əlindən markeri alıb şagirdlərin gözü qarşısında başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdriyyətə və məktəblinin dostlarına danışdı. Mən də 16 il təhsil müəssisəsində müəllim işləmişəm. Üç övlad böyüdürəm. Uşaqlarımın tərbiyəsinə və təhsilinə üstünlük verirəm. Bu özbaşınalığa susmayacağam. Belə vəhşiliyə yol verən kəs müəllim adını daşımamalıdır", -valideyn qeyd edib.

Məsələ ilə bağlı məktəbdən "Tehsil.biz"ə qeyd olunan şikayətin əsassız olduğu bildirilib: "Baş verən hadisə ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Yəni məktəbdə şagirdlərin döyülməsi hadisəsi baş verməyib. Məsələ yalnız bundan ibarətdir ki, adıçəkilən şagird markerlə idman zalının divarını yazmaq istəyərkən müəllim sinifə daxil olub və buna imkan verməyib. Şagirdin üzərinə qışqıraraq belə hərəkətlərin bir daha təkrarlanmamasını tələb edib".

Məktəbdən, həmçinin qeyd olunub ki, həmin müəllim şagirdlərlə düzgün davranış qaydalarını pozaraq kobud şəkildə şagirdə qışqırdığı üçün töhmət alıb.
0 0

Şərhlər

Oxşar xəbərlər