Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin və digər əməkdaşların əməkhaqları artırılır
1-01-2022, 07:34
451

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin və digər əməkdaşların əməkhaqları artırılır

Yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.


TehsilFoeumu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” Sərəncam imzalayıb.
0 0

Şərhlər

Oxşar xəbərlər