"Müəllimlərimizi Tanıyaq" - Könül Cəfərova
25-10-2023, 13:17
394

"Müəllimlərimizi Tanıyaq" - Könül Cəfərova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Könül Cəfərova haqqında danışacağıq.

Könül Cəfərova Ziyadxan qızı 26 noyabr 1978-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1985-ci ildə 7 yaşında Nəsimi rayonu,54 nömrəli tam orta məktəbin1-ci sinfinə daxil olmuş, 1995-ci ildə həmin məktəbin məzunu olmuşdur. 
1995-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olaraq ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir.
2000 ci il Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi üzrə pedaqoji fəaliyyətə başlamışdır. 
23 illik pedaqoji iş təcrübəsi vardir. Hal-hazirda həmin məktəbdə ixtisası üzrə çalışır.
Azərbaycan Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir çox təlim, seminar və vebinarlarda iştirak edib sertifikatlara layiq görülmüşdür.
 2022-2023 cü ildə Elm və Təhsil Nazirıiyi,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi ,,Biliyini paylaş,, layihəsində şagirdləri ilə iştirak etmiş və Təşəkkürnamə ilə təltif olunmuşdur. 
Könül Cəfərova işini sevən peşəkar bir müəllim kimi məktəb rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmana və Diploma layiq görülmüşdür. 
2022 ci ildə sertifikatlaşmanın test mərhələsindən 53 bal, müsahibə mərhələsindən isə 37 bal toplayaraq ,ümumilikdə 90 balla yüksək nəticə göstərmişdir.
2022-2023 tədris ilində e-Twinning platformasında layihələrdə iştirak edərək ,,Milli Keyfiyyət Nişanı"na layiq görülmüşdür.
1 0

Şərhlər

Oxşar xəbərlər