"Müəllimlərimizi Tanıyaq" - Pərvanə Babayeva
25-10-2023, 07:30
512

"Müəllimlərimizi Tanıyaq" - Pərvanə Babayeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Pərvanə Babayeva haqqında danışacağıq.

Babayeva Pərvanə Qaraş qızı 1983-cü il Neftçala rayonunun Xilli qəsəbəsində anadan olmuşdur.
Orta təhsilini yaşadığı qəsəbədə almışdır. 11-ci sinfi bitirib 2001-ci ildə Azərbaycan Müəllimlər institunun Pedaqogika və metodikasi fakültəsinə daxil olmuşdur.
2005-ci ildə təhsilini bitirdikdən sonra Neftçala rayonunun Aşagi Surra kəndində işə başlamışdır.
Lakin hərbçi ailəsi olduğu üçün işini buraxıb ailəsinin yanina, ön cəbhələrdə yaşamaga başlamışdır.
2017-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq Göranboy rayonunun Hacalli kəndində müqavilə ilə, 2018-ci ilde isə Yevlax rayonu Nəmərli kəndində daimi əsaslarla işləmişdir.
Ədəbiyyata şeir yazmaga həvəsi olmuş "Üfüq Ocaq ədəbi birliyinin almanaxti"nda Nəriman Həsənzadənin rəyi ilə şeirləri dərc olunmuş ."Azerbaycan Gəncləri ."Oxu Məni" qəzetlərində də bir sira şeirləri dərc olunmuşdur.
Uşaqlari hədsiz sevən bu müellimə onlara həm müəllimə, həm ana kimi davranır, onlarin problemi və çətinlikləri ilə maraqlanır.
Fəaliyyəti dövründə bir sira tədbirlər hazırlamış və bir çox təlimlərdə iştirak etmişdir.
Hazırda Binəqədi rayonu 217 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirir.
1 0

Şərhlər

Oxşar xəbərlər