" Müəllimlərimizi Tanıyaq " - Məmmədli Nəsrin.
24-10-2023, 18:14
401

" Müəllimlərimizi Tanıyaq " - Məmmədli Nəsrin.

" Müəllimlərimizi tanıyaq" rubrikamızda bu dəfə Nəsrin Məmmədli haqqında danışacağıq.

Məmmədli Nəsrin Yunis qızı 27 oktyabr 1989-cu ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1997-2008-ci illərdə Biləsuvar rayonu Bağbanlar kəndi Aydın Həsənov adına tam orta məktəbdə təhsil almışdır . 2008-2013- cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  " Tarix müəllimi " ixtisası üzrə  qitabi şöbəsində bakalavr pilləsində təhsil almışdır . 2015-ci ildə MİQ imtahanında iştirak edərək uğur qazanmışdır . Hal -hazırda Biləsuvar rayonu Nəsimi kənd Rafiq Rzayev adına tam orta məktəbində  Məktəbdənkənar  və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində çalışır. Məmmədli Nəsrin Biləsuvar rayonunda ən fəal təşkilatçılardan biridir Məktəbin əldə etdiyi  naliyyətlərdə şagirdlərə və müəllimlərə hər zaman dəstək olur və köməkliyini əsirgəmir. İşini sevən peşəkar bir müəllim  və təşkilatçı kimi kollektivin eyni zamanda şagirdlərin yüksək rəğbətini qazanmışdır.

Tarix fənnini sevdirməklə birlikdə, gənc nəslin savadlı, vətənpərvər, yaradıcı ruhda yetişməsini əsas məqsəd kimi hədəfləyən Məmmədli Nəsrin  müəllimliyin  müqəddəs vəzifə olduğunu fədakarcasına çatdırmaqla məşğuldur.

Uğurlar arzulayırıq !
0 0

Şərhlər

Oxşar xəbərlər