"Müəllimlərimizi Tanıyaq" - Əminə Abbasova
18-10-2023, 13:55
551

"Müəllimlərimizi Tanıyaq" - Əminə Abbasova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Əminə Abbasova haqqında danışacağıq.

Abbasova Əminə Vəli qızı 28 iyul 1983-cü ildə Şəmkir rayon Zəyəm-Cırdaxan kəndində anadan olmuşdur.
1990-cı ildə Şəmkir rayon Zəyəm-Cırdaxan kənd S. Məmmədov adına tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2000-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.
2001-ci ildə Şuşa Humanitar Kollecin ibtidai sinif müəllimi ixtisasına qəbul olmuşdur və 2005-ci ildə həmin Kolleci bitirmişdir.
2017-ci ildə Şəmkir rayon Zəyəm-Cırdaxan kənd tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri vəzifəsində işə başlamışdır, 2019-cu ildən İcma əsaslı məktəbəqədər təhsil mərkəzində tərbiyəçi müəllim, 2021-ci ildən məktəbdə peşəyönümü koordinator vəzifəsində çalşır və hal-hazırda işlərinə davam edir.
Ailəlidir üç övladı var.Qızı Rüstəmova Duyğu Xaliq qızı 2 nömrəli Bakı Baza Tibb Kollecinin tibb bacısı fakültəsi,ikinci kurs tələbəsidir.
Oğlu Rüstəmov Kənan Xaliq oğlu Odlar Yurdu Universitetinin kompüter mühəndisi fakültəsi, birinci kurs tələbəsidir
Oğlu Rüstəmov Ümid Xaliq oğlu 10-cu sinif şagirdidi.
2 0

Şərhlər

Oxşar xəbərlər