"Müəllimlərimizi Tanıyaq" - Nərmin Abışova
18-10-2023, 08:00
632

"Müəllimlərimizi Tanıyaq" - Nərmin Abışova



  "Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Nərmin Abışova haqqında danışacağıq :

Abışova Nərmin Yaşar qızı 22 iyun 1988-ci ildə Kürdəmir rayon, Karrar kəndində anadan olub. 1Sentyabr 1994-cü ildə Kürdəmir rayon, S.Dəmirov adına Karrar kənd tam orta məktəbinin birinci sinifinə qəbul olub. 2005-ci ildə həmin məktəbin on birinci sinifini bitirərək. Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin İbtidai sinif müəllimi ixtisasına qəbul olub. 
15 Sentyabr 2014-cü ildən Kürdəmir rayon, S.Dəmirov adına Karrar kənd tam orta məktəbində Uşaq Birliyi Təşkilatı Rəhbəri olaraq çalışır. 2014-cü ildə Ümumi Pedaqogika və psixologiya müasir yanaşmalar. Peşə fəaliyyətinin ümumi əsasları üzrə 60 saatlıq təlimi uğurla bitirib və sertifikat alıb. 2019-cu ildə Windows XP, MS Word, Explorer Internet, MS Power Paint, MS Excel üzrə hazırlıq kursunu uğurla bitirərək sertifikat alıb. 2021-ci ildən "İcma əsaslı məktəbəqədər təhsil" layihəsində tərbiyəçi müəllim olaraq çalışır. 2021-ci ildə "Erkən yaşda uşaq inkişafı" mövzusunda 108 saatlıq pedaqoji kursu uğurla bitirib və sertifikat alıb. "Ümummtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması" mövzusunda 40 akademik saatlıq təlimi uğurla bitirərək sertifikat alıb. Azərbaycan Maarifçilər Assosiasiyasının Kürdəmir rayonu üzrə Təhsil Səfiridir. 50-dən çox təlimlərdə, seminarlarda, forumlarda, konfranslarda iştirak edərək sertifikatlar alıb.
3 0

Şərhlər

Oxşar xəbərlər