"Müəllimlərimizi Tanıyaq" - Elnurə Ağammədova
17-10-2023, 20:10
555

"Müəllimlərimizi Tanıyaq" - Elnurə Ağammədova


  "Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Elnurə Ağammədova haqqında danışacağıq :


Ağammədova Elnurə Zakir qızı 1978-ci il 25 oktyabrda Füzuli şəhərində anadan olmuşdur. 8-ci sinifde Füzuli şəhər Dəqiq və Humanitar Fənlər Gimnaziyasına ingilis dili üzrə qəbul olmuşdur. Məlum səbəblərdən Bakı şəhərinə köçməli olmuşlar. Təhsilini burada davam etdirdi.1995-ci ildə M.Ə.Sabir adına texnikuma qəbul olmuşdur.
1998-ci ildə Laçın rayon 20 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməyə başlamışdır. 
Artıq 25 ildir işləyir. Fəal təlimlə, kurikulumla dərslərini keçir. Köçkün məktəbində şəraitləri yaxşı olmasa da kiçik otaqlarda dərslərini çox maraqla interaktiv şəkildə keçir. Bütün tədbirlərdə iştirak edir. Məktəbin təşkilatı işlərində də fəaldır. Hamıya kömək edir.
Diaqnostik və sertifikasiya imtahanından uğurla keçib. Məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir neçə kurslarda iştirak edib. Ən böyük arzusu doğma Füzulidə fəaliyyətini davam etdirməkdir.
0 1

Şərhlər

Oxşar xəbərlər