"Müəllimlərimizi Tanıyaq" - Dəmirova (Əliyeva) Fayilə
17-10-2023, 19:16
573

"Müəllimlərimizi Tanıyaq" - Dəmirova (Əliyeva) Fayilə


 "Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Fayilə Dəmirova haqqında danışacağıq :


Dəmirova (Əliyeva) Fayilə Bəhmən qızı 1996-cı il noyabr ayının 3-də Bərdə rayonunda anadan olmuşdur.2013-2017 ci illər ərzində ADPU-da ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır. Daha sonra Azərbaycan dili müəllimliyi ixtisasına ixtisasartırma etmişdir. 
2017-2019 cu illər ərzində Kaspi liseyində müəllimə işləmişdir.2019-2021 ci illərdə MİQ imtahanında 54 bal yığaraq Kəlbəcər rayon 45 saylı tam orta məktəbdə pedoqoji fəaliyyətə davam etmişdir. Həmin illər ərzində bir necə kurslarla əməkdaşlıq etmişdir.
2020 ci ildə "Qış tətil tapşırıqları" adlı kitabçası çap edilib. 2019 cu ildən MİQ imtahanı üçün "Müdavimlərə dəstək" adlı layihəyə başlamışdır.Və 400-ə dək namizədə Azərbaycan dili fənnindən ödənişsiz dərslər keçmişdir. 2020- ci ildə "Azərbaycan dili test tapşırıqları və xüsusi qaydalar" adlı kitabı çap edilib.
2021 ci ildə MİQ imtahanında 57 bal yığaraq 9 saylı xüsusi internat məktəbində fəaliyyətə davam etmişdir.Hal hazırda həmin məktəbdə ibtidai sinif müəllimi işləyir. Eyni zamanda MİQ və sertifikasiya, DQ, abituriyent hazırlıqları üzrə repititorluqla məşğul olur. Ödənişsiz qruplar təşkil edib, müəllimlərə dəstək olur. Müdavimləri imtahanlarda yüksək nəticə göstərərək, imtahanlarda uğur qazanırlar. 2023-cü ildə DİM tərəfindən "Marker müəllim" təyin edilmişdir. Müəllim fəaliyyəti dövründə bir çox təlimlərə, seminarlara qatılmışdır. Diplom və sertifikatlara layiq görülmüşdür.
ARTİ-nin təşkil etdiyi "Təlikçilik" kursunu uğurla başa vuraraq,"Təlimçi" sertifikatı ilə təltif edilib. Hal hazırda online fəaliyyət göstərən ALFA TƏDRİS MƏRKƏZİNİN rəhbəridir. Hər kəs üçün faydalı olacaq yeni layihələr üzərində işləyir. İşini çox sevir və hər zaman layiqincə yerinə yetirməyə çalışır.
2 0

Şərhlər

Oxşar xəbərlər