"Müəllimlərimizi Tanıyaq" -  Aygül Ağarzayeva
21-02-2023, 08:30
443

"Müəllimlərimizi Tanıyaq" - Aygül Ağarzayeva

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Aygül Ağarzayeva haqqında danışacağıq :


Ağarzayeva Aygül Böyukağa qızı 1990-cı ildə Sumqayıt şəhərində anadan olub.

1997-ci ildə Sumqayıt şəhər 26 saylı tam orta məktəbdə 1- ci sinfə daxil olmuş və həmin məktəbin məzunu olmuşdur.

2008-ci ildə 531 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji universitetinə ingilis dili müəllimliyi nə qəbul olub.

2012-ci ildə ali məktəbi bitirdikdən sonra Müəllimlərin işə qəbulu üzrə olan imtahanda iştirak edib və yüksək nəticə ilə Sumqayıt şəhər 10 saylı peşə təhsil liseyinə müəllim işləmək hüququ almışdır.

2018-ci ildə Dioqnostik Qiymətləndirmədə iştirak edib 57 bal toplamışdır. 

Repetitorluqla məşgul olur. Tələbələrin yüksək nəticə əldə etməsi üçün böyük səylə çalisir.

İngilis dilinin ən sadə və asan yol ilə izahı qrammatika kitabının müəllifidir.
1 0

Şərhlər

Oxşar xəbərlər