Məktəb psixoloqları diaqnostikadan keçiriləcək....
1-04-2024, 13:54
693

Məktəb psixoloqları diaqnostikadan keçiriləcək....

Məktəblərdə psixoloqlarla bağlı problemlər var. Həmin psixoloqların diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır.

 

TehsilForumu.Az bildirir ; AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada deyib.

 

O qeyd edib ki, qiymətləndirmədən sonra bu sahədə başqa problemlər ortaya çıxacaq: "Hazırda şagird sayı 1000-dən artıq olan məktəblərdə hər 500 uşağa 1 psixoloq düşür. Psixoloqların işə qəbulu da mərkəzləşdirilmiş qaydada imtahanla həyata keçirilir".

 

R.Ağayev əlavə edib ki, "Məktəblinin dostu" layihəsi çərçivəsində məktəblərdə 2048 şagird psixoloqa müraciət edib.
0 0

Şərhlər

Oxşar xəbərlər