Lütfi Zadə adına məntiq olimpiadası keçiriləcək
3-04-2023, 13:36
706

Lütfi Zadə adına məntiq olimpiadası keçiriləcək

Aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçiriləcək. Müsabiqələrdə iştirak üçün onlayn qeydiyyat prosesinə yaxın günlərdə start veriləcək.

TehsilForumu.Az xəbər verir ki, VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri fizika, kimya və biologiya fənləri üzrə müsabiqələrdə iştirak edə bilərlər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir.

Qeyd edək ki, müsabiqələrin keçirilməsinin məqsədi məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Müsabiqələrin növbəti mərhələlərinin may və iyun aylarında keçirilməsi planlaşdırılır.
0 0

Şərhlər

Oxşar xəbərlər