Bakıda məktəblərin birindən oğurluq edən şəxslər saxlanılıb.
13-01-2022, 06:36
251

Bakıda məktəblərin birindən oğurluq edən şəxslər saxlanılıb.

Bakıda məktəblərin birindən oğurluq edən şəxslər saxlanılıb.

TehsilForumu.Az xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar. 

Əməliyyat zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş Əli Səfərov və Əli Nəbiyev tutularaq istintaqa cəlb ediliblər. Araşdırma zamanı onların ümumilikdə 7 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonundan maqnitafon və digər qiymətli əşyalar oğurladıqları məlum olub. Həmçinin bu şəxslərin Suraxanı rayonunda yerləşən orta məktəblərdən birinə oğurluq məqsədi ilə daxil olaraq oradan kompüter avadanlıqları və 1 ədəd velosiped oğurladıqları sübuta yetirilib. 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində evlərdən oğurluq edən paytaxt sakini Ramin Qocayev saxlanılıb. Onun ümumilikdə 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı müəyyən edilib. 

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
0 0

Şərhlər

Oxşar xəbərlər