Elm və Təhsil Nazirliyində yeni təyinat
22-04-2024, 12:50
351

Elm və Təhsil Nazirliyində yeni təyinat

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. 
 
TehsilForumu.Az - a verilən məlumata görə  bu vəzifəyə İlqar Bayramlı təyinat alıb. 
 
 
O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb. 
 
 
İlqar Bayramlı Azərbaycan Ali Hərbi Məktəbində müəllim, baş müəllim, “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini, direktor vəzifələrində fəaliyyət göstərib. Bir müddət “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi fəaliyyətini davam etdirən İlqar Bayramlı Ağsu rayonunda “Azqranata” MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində də işləyib.  
 
 
2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
 
Ailəlidir, 3 övladı var.
0 0

Şərhlər

Oxşar xəbərlər