Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
31-08-2022, 07:20
392

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

TehsilForumu.Az Avqustun 29-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev bildirib ki , Yeni dərs ilində müxtəlif layihələrin icrasını təmin etmək və təhsilin inkişafı üçün daha yaxşı nəticələr əldə etməyi qarşımıza hədəf kimi qoymuşuq.


Bu məqsədlə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 413 məktəb və 10 məktəbdənkənar təhsil müəssisəsinin direktorunun iştirakı ilə görüş keçirdik.

Görüşdə yeni tədris ilinə hazırlıq, görüləcək işlər, qarşıda duran əsas məsələlər müzakirə olundu. Məktəb rəhbərlərini maraqlandıran sualları cavablandırdıq. 

QXRT-nin əhatə etdiyi rayonlarda çalışan bütün təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıram.


0 0

Şərhlər

Oxşar xəbərlər