"Müəllimlərimizi Tanıyaq" - Leyla Bayramova
31-12-2023, 10:04
448

"Müəllimlərimizi Tanıyaq" - Leyla Bayramova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Leyla Bayramova ( Leyla Bayramova ) haqqında danışacağıq.

Bayramova Leyla Adil qızı 01.09.1993-cü ilde Gəncə şəhərində anadan olmuşdur.
İlk orta təhsilini Gəncə şəhəri 24 saylı tam orta məktəbdə almışdır.
2009-cu ildə Gəncə Humanitar Kollecinə “İbtidai sinif” müəllimi ixtisasına qəbul olmuş, 2013-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Həmin il MİQ imtahanında iştirak edib, müvəffəqiyyət əldə edərək Gədəbəy rayon Köhnəkənd kənd məktəbinə işe qəbul olmuşdur.
7 il sonra həmin məktəbin direktoru vəzifəsinə təyin edilmişdir.
Leyla muəllimə Gədəbəyi və Gədəbəyliləri çox sevdiyi üçün orada yaşamağı seçmişdir. O bildirir ki, ucqar kənddə yaşayan şagirdlərin sevgiyə, qayğıya, təhsilə daha çox ehtiyacları var. O şeher mühiti ilə kənd mühitınde təhsil alan şagirdlərin fərqləndirən cəhətlərini və ehtiyaclarını vurğulamışdır.
  Leyla Bayramova öz üzərində çalışdığını, yeniliklərə hər zaman açıq olduğunu bildirib.
Müəllimlərin Diaqnostik və Sertifikasiya imtahanlarında uğurlu nəticələr göstermişdir.
   Təhsil Nazirliyinin müxtəlif əyani və online təlimlərində, AGMA və Təhsil Forumu sosial platformasının təşkil etdiyi təlimlərində iştirak etmiş və sertifikatlarla təltif olunmuşdur.
AGMA və Təhsil Forumu sosial platformasının üzvüdür.

Təhsil Forumu sosial platforması adından Leyla Bayramovaya işlərində uğurlar və müvəffəqiyyətlər arzu edirik.
0 0

Şərhlər

Oxşar xəbərlər