Mənə göstərilən mənəvi dəstək məni yeni uğurlara sövq edir.
28-12-2023, 13:03
322

Mənə göstərilən mənəvi dəstək məni yeni uğurlara sövq edir.

Dəyərli dostlarim sizinlə bir sevincimi paylaşmaq istədim. Şimali Karolina Dövlət Universiteti İngilis dilinin tədrisi (ELT) Sertifikat Proqramının dördüncü iterasiyasında təmsil olunmaq ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq edərək, Azərbaycandan olan 100 seçilmiş ingilis dili müəlliminə USA North Carolina UNIVERSITY də online təhsil almaq imkanı verir.
Bu proqram ixtisasartırma üzrə müəllimlər üçün peşəkar inkişaf yolu ilə ingilis dilinin səlis danışıqlığını artırmaq məqsədi ilə Azərbaycanın məqsədlərinə nail olmağa kömək etmək məqsədi daşıyır. Bu proqramda Azərbaycanın dövlət məktəblərində çalışan 100 seçilmiş ingilis dili müəllimləri iştirak edəcəklər. Proqram yanvar-may aylarını əhatə edəcək. Proqramın sonunda müəllim iştirakçılarının aşağıdakıları nümayiş etdirmələri gözlənilir.
Ingilis dili biliyinin təkmilləşdirilməsi yeni ideyaları öz dövlət standartlarına uyğun kurikulum dərslərinə inteqrasiya etmək bacarığı, şəbəkə qurmaq və peşəkar həmyaşıdları ilə fikirləri bölüşmək qabiliyyəti. Proqramın strukturu və cədvəli tam iş günü və ya xaricdə təhsil almaq imkanı olmayan işləyən EFL müəllimləri üçün hazırlanmışdır. Həftəlik tapşırıqlar praktiki və dərhal sinif inteqrasiyası üçün nəzərdə tutulmuşdur.
Bu, TKT Cambridge universitetinin bir hissəsi olan Cambridge ESOL tərəfindən təqdim olunan beynəlxalq səviyyədə tanınmış və yüksək standartlara malik dil imtahanında iştirak edərək uğur qazandıqdan sonra ikinci böyük nailiyyətimdir.
Respublika üzrə seçilmiş 100 müəllimlərdən biri olduğum üçün özümü xoşbəxt hiss edirəm. Bu uğuruma görə Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII grant musabiqəsinin fərdi kateqoriya űzrə layihə qalibi qismində keçirilən təqdimatımda dəvətindən imtina etməyərək iştirak etdiklərinə və mənə mənəvi dəstək verərək daha da ümidləndirdiklərinə görə Respublikamızın tanınmış təhsil mütəxəssisi Nadir İsrafilova, “Təhsil Forumu” sosial platformasının rəhbərliyinə, mənim bu sevincimi bölüşən hər kəsə öz səmimi təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm.

Pərvanə Nəsirzadə
Astara rayon Şahağac kənd 2 sayli orta məktəbin ingilis dili műəllimi
0 0

Şərhlər

Oxşar xəbərlər