"Müəllimlərimizi Tanıyaq" - Rahilə Rəhimova
2-11-2023, 08:09
767

"Müəllimlərimizi Tanıyaq" - Rahilə Rəhimova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Rahilə Rəhimova haqqında danışacağıq.

Rahilə Rəhimova Əkbər qızı 1987-ci il 1 iyunda Naxçıvan MR -ın Yengicə kəndində anadan olmuşdur. Birinci sinifə həmin kəndin orta məktəbində başlasa da, üçüncü sinifə keçəndə valideynərinin işi ilə əlaqədar yaşamaq üçün Moskvaya getməli olmuşdur. Orada bir müddət yaşadıqdan sonra Azərbaycana qayıdaraq ailəsi ilə birgə Buzovna qəsəbəsində yaşamağa başlayan Rahilə müəllimə təhsilini Emin Əliyev adina 234 sayılı tam orta məktəbdə davam etdirməyə başladı. Təhsil aldığı müddətdə dərslərini oxumaqla yanaşı məktəbin bir çox ictimai işlərində də yaxından iştirak edən fəal şagird kimi tanınıb.
2004-cü ildə sözü gedən həmin məktəbin məzunu olduqdan sonra həmin il Azərbaycan Dillər Universitetinin Filologiya-Xarici dil (İngilis dili) müəllimliyi fakuktəsinə daxil olmuşdur.
2008-ci ildə ADU-ni bitirib 5 sayılı Bakı Peşə Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır.
Hal- hazırda məktəbin ingilis dili müəllimi və eyni zamanda İctimai fənnlər üzrə metod komisiya sədri olaraq çalışır.
 Amerika Səfirliyinin xətti ilə təşkil olunmuş Şimali Karolina Universiteti tərəfindən keçirilən online magistr tipli Azərbaycan Müəllimləri üçün İngilis Dili Tədrisi Sertifikat Proqramını oxumuş və ingilis dilini xarici dil kimi tədris edən digər həmkarlarının yüksək keyfiyyətli peşəkar inkişafını təmin etmək üçün kursun hər iki fazasını fərqlənmə sertifikatı ilə başa vurmuşdur.
Tələbələrinin gələcək həyatı ilə həqiqətən maraqlanan ən çox ehtiyac duyulan müəllim olmaq məqsədi uğurunda çalışan Biritaniya və Amerika Səfirlikləri ilə sıx bağlantı saxlayaraq, onların və dövlətin xətti ilə keçirilən bütün innovativ yanaşmalar,tədris üsulları sayəsində artıq bir neçə təlim kurslarında, vebinarlarda, konfranslarda və seminarlarda iştirak etmişdir.Qeyd etdiyim təlim məqsədli görüşlərin hər biri üçün sertifikatla təltif olunmuşdur;
Mükafatları arasında diqqətimizi cəlb edən bir neçə sertifikata diqqət yetirək;
_ İngilis dili tədrisini müvəffəqiyyətlə başa vurduğuna görə Şimali Karolina Universiteti tərəfindən Fəxri Fərmanla Bitirmə Sertifikatı.
_ ELT faza 2
Müvəffəqiyyətlə bitirdiyi üçün Təlimçi Sertifikatı 
ABŞ-ın Bakıdakı səfirliyi ilə birgə GTI və NSCU tərəfindən İngilis dili müəllimləri üçün (İngilis dilinin Xarici/İkinci Dil kimi tədrisi) 7 həftəlik TOT (Digər Müəllimlərin Tədrisi) proqramı.
_ British Council tərəfindən İngilis dilinin tədrisi bacarıqları və metodologiyası üzrə Müəllim İnkişafı Kursunda iştirak etmək və uğurla başa vurmaq üçün sertifikat.
_ Qlobal Təlim Təşəbbüsü /NC Universiteti/ American Council tərəfindən Fəxri Fərmanlarla İngilis Dili Tədris Sertifikatı
_ Qlobal Karyera İnstitutu tərəfindən “Təhsilin İnkişafında Qadının Rolu” forumunda uğurla iştiraka görə sertifikat.
_ Bakı Dövlət Peşə Təhsili Mərkəzi tərəfindən 2015-2016-cı tədris ilinin ən yaxşı müəllimi sertifikatı
_ “Dünyada İnnovativ Tədris və Öyrənmə” adlı Beynəlxalq Təhsil Forumunda iştirak etmək üçün sertifikat
_ Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən 2-ci İllik Kembric Günü Konfransında iştirak üçün sertifikat.
_ UNEC tərəfindən “Xarici dilin öyrənilməsində beynəlxalq strategiyalar” mövzusunda 1-ci Beynəlxalq Forumda uğurla iştiraka görə sertifikat.
_ “Maarifçiliyi yenidən düşünmək” mövzusunda 6-cı Beynəlxalq Təhsil Konfransında uğurla iştiraka görə sertifikat
Bütün bunlarla yanaşı Azərbaycan müəllimlərinin İnkişaf Mərkəzində bir aylıq CELTA kursu( İngilis dilini xarici dil olaraq tədris edən müəllimləri öyrətmək üçün Kembric kursu)keçmişdir.
7 0

Şərhlər

Oxşar xəbərlər