"Müəllimlərimizi Tanıyaq" - Mərziyə Eyyubova
27-10-2023, 07:00
437

"Müəllimlərimizi Tanıyaq" - Mərziyə Eyyubova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Mərziyə Eyyubova haqqında danışacağıq.

Eyyubova Mərziyə Camaləddin qızı 12.05.1980-ci ildə Ağsu rayonunun Sarvan kəndində anadan olmuşdur.
Orta təhsili 1987-1997 -ci illərdə Sarvan kənd tam orta məktəbdə almışdır.
1997-ci ildə Gəncə Dövlət Məişət Xidməti Kollecinə daxil olub, 2000 -ci ildə İbtidai sinif müəllimi ixtisasını bitirmişdir.
2001 -ci ildən ixtisası üzrə Laçın rayon Etibar Əliyev adına Fərəcan kənd tam orta məktəbdə müəllim işləyir.
İşlədiyi müddətdə dərs ke diyi şagirdləri rəğbətini qazanmışdır. Hələ orta məktəb dövründən şeriyyata,sənətə olan marağı onu şeir yazmağa həvəsləndirmişdi.
Şeirləri mütamadi olaraq Təhsil, Oxu məni, 525-ci, Laçın qəzetlərində, Xəzan jurnalında dərc olunmuşdu.
Azərbaycan Yazıçılar Birliyinin, Aşıq Pəri, Mirvarid Dilbazi, Ağsu Yazarları Ədəbi birliklərinin üzvüdür.
,,Ayrı qalmışam,",,Əsgər anasıyam" adlı iki şeirlər kitabının müəllifidir.
Ailəlidir. 3 övladı var. Həyat yoldaşı da müəllim işləyir. Böyük oğlu Heydərov Emil Şükür oğlu Bakı Dövlət Rabitə və Nəqliyyat kollecini bitirib, 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Qızı Heydərova Lalə Şükür qızı Sumqayıt Dövlət Universitetin 4-cü kurs tələbəsidir. Kiçik oğlu Heydərov Elmir Şükür oğlu hal hazırda Həqiqi Hərbi Xidmətdədir.
5 0

Şərhlər

Oxşar xəbərlər