"Müəllimlərimizi Tanıyaq" - Kəmalə İbadova
25-10-2023, 21:44
429

"Müəllimlərimizi Tanıyaq" - Kəmalə İbadova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Kəmalə İbadova haqqında danışacağıq.

İbadova Kəmalə Vəliəhd qızı 1970-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. Lənkəran şəhəri 2 nömrəli tam orta məktəbin səkkizinci sinfini bitirib Lənkəran Pedaqoji Texnikumuna daxil olmuş, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 
1989-1994 cü illərdə Lənkəran rayon Şağlakücə kənd orta məktəbində əvvəlcə pioner baş dəstə rəhbəri,sonra ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib.1994-cü ildən Lənkəran şəhəri R. Məmmədov adına 5 nömrəli tam orta məktəbində işləyir. 
1994- cü ildə LDU nun "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə qiyabi şöbəsinə daxil olmuş,1999- cu ildə həmin universitetdən məzun olmuş, elə həmin il ixtisası üzrə magistraturaya qəbul olunub. 
2001- ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib 2009- cu ilədək LDU nun pedaqoji fakultəsində pedaqogikadan seminar məşğələlərini aparıb. 
2007-2018 ci illərdə Lənkəran şəhəri 5 nömrəli tam orta məktəbində ibtidai siniflər üzrə direktor müavini vəzifəsində işləmişdir.
İşlədiyi müddətdə peşə fəaliyyətini daha da təkmilləşdirmək üçün bir sıra dövlət səviyyəli təlim və tədbirlərdə iştirak edib. Elm və Təhsil Nazirliyinin keçirdiyi müxtəlif təlimlərdə iştirak edib. Təhsil Nazirliyinin keçirdiyi "Pedaqoji mühazirələr" müsabiqəsinin qalibidir. Fəaliyyəti həmişə məktəb rəhbərliyi, LTŞ tərəfindən fərqləndirilmiş, mükafatlandırılmış, fəxri fərmanlarla layiq görülmüşdür.
Hər zaman çalışır ki, şagirdləri Vətənə,millətə layiqli şəxs kimi yetişsinlər. İşlədiyi 34 il ərzində şagirdlərin, valideynlərin, rəhbərliyin və həmkarlarının rəğbətini qazanmış,hər zaman gördüyü işlərlə ön sıralarda olmağa çalışır. Peşəsi ilə bağlı daima öyrənməyə,inkişafa açıqdır.
Ən böyük uğuru isə şagirdlərinin sonsuz sevgisini qazanmağıdır
0 0

Şərhlər

Oxşar xəbərlər