"Müəllimlərimizi Tanıyaq" - İlahə İsmayılova
25-10-2023, 15:55
428

"Müəllimlərimizi Tanıyaq" - İlahə İsmayılova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə İlahə İsmayılova haqqında danışacağıq.

İsmayılova İlahə Fəxrəddin qızı 01 oktyabr 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 
1989-1999-cu illərdə Xətai rayonu 95 saylı tam orta məktəbdə təhsil almışdır. 
2000-2004-cü illərdə Bakı Slavyan Universitetinin “Rus dili və Ədəbiyyatı”ixtisasında təhsil alaraq , 2006-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İxtisasartırma və yenidən hazırlanma” kursuna daxil olmuş, 2007-ci ildə “Azərbaycan dili və Ədabiyyatı” ixtisası üzrə kursu bitirmişdir. 2008-ci ildən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan dili və Ədəbiyyat” müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
Öyrənməyi və öyrətməyi sevən İlahə müəllimə 2020-2022 - ci illərdə isə Lənkəran Dövlət Universitetinin “Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası”ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsinə yiyələnmişdir. Ailəlidir və üç övladı var.
Yenilikçi olması, dərslərini müasir təlim metodları əsasında təşkil etməsi onun tələbələr tərəfindən də sevilməsinə vəsilə olmuşdur. 
Tələbələrlə təkcə müəllim-tələbə münasibəti qurmayaraq, eyni zamanda da onların yaxın dostu kimi problemlərini dinləmiş və qayğılarına qalmışdır. 
Bundan əlavə tələbələri müxtəlif ekskursiyalara apararaq onlarla dərsdənkənar da məşğul olmuşdur. Həmçinin müxtəlif tədbirlərin keçirilməsində hər zaman yaxından iştirak etmişdir.
 Peşəkar və səriştəli olmaqla yanaşı, bütün varlığı ilə öz peşəsinə bağlı olan müəllimə
“Start Up Azarbaycan” layihəsi çərçivəsində təşkil olunan ideya yarışmasında mentorluq etdiyi komanda ikinci yerin qalibi olaraq sertifikatla təltif olunmuşdur. 
Pedaqoji yeniliklərdən xəbərdardır və özünə qarşı tələbkardır,öyrənməyə özündə həmişə ehtiyac hiss etdiyindən fəaliyyat göstərdiyi dövrlərdə bir çox təlimlərdə, təhsil forumlarında iştirak etmiş sertifikatlarla təltif olunmuşdur.Həmçinin o,hər zaman tələbələrinin peşə və ixtisas seçimində onlara dəstək olmuşdur.
Dövlət İmtahan Mərkəzinin “Yeni təhsil proqramı əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzərində yoxlanılmasına dair kursu bitirmiş və ekspert müəllim kimi mərkəzlə əməkdaşlıq edir. 
01-05 oktyabr 2018-ci il tarixlərində Sloveniya Respublikasında təşkil edilmiş səriştə əsaslı təlim kurikulumlarının tətbiqinə dair təlimdə olmuş, Sloveniyanın təhsil sistemi ilə tanış olmaqla öz təcrübəsində tətbiq etmişdir.
Bunlardan əlavə İlahə müəllimə pandemiya dövründə keçirilən teledərslərin çəkilişində fəal iştirakına görə “Təşəkkürnamə”ilə mükafatlandırılmışdır. Təhsil Forumu Sosial Platforması tərəfindən “İlin fəal Azərbaycan dili və Ədəbiyyat müəllimi” adına layiq görülmüşdür.
5 0

Şərhlər

Oxşar xəbərlər