"Müəllimlərimizi Tanıyaq" - Gülnar Allahverdiyeva
24-10-2023, 12:51
374

"Müəllimlərimizi Tanıyaq" - Gülnar Allahverdiyeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Gülnar Allahverdiyeva haqqında danışacağıq.

Allahverdiyeva Gülnar Fikrət qızı 1983-cü il oktyabr ayının 15-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 
1990 - cı il Cəbrayıl rayonu Dirili Aşıq Qurbani adına Soltanlı kənd tam orta məktəbində təhsil almağa başlamış məlum səbəblərdən təhsilini Salyan rayon Milli Qəhrəman Ramiz Qafarov adına Marışlı kənd tam orta məktəbində başa vurmuşdur. 
2001-ci il Azərbaycan Beynəlxalq Universitetinin İbtidai təhsilin pedaqogikasi və metodikası fakultəsinə daxil olmuş, 2005-ci ildə universitet təhsilini uğurla bitirmişdir. 
2006-cı ildə Cəbrayıl rayon Hafiz Fətəliyev adına tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır.
Hal- hazırda Cəbrayıl rayon Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
22 iyun 2020-ci ildə Elm və Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin sertifikatlaşdırılması imtahanından 49 bal toplamışdır. 
Müəllimə Elm və Təhsil Nazirliyinin keçirdiyi təlimlərdə vebinarlarda böyük həvəslə iştirak edir. Daim öyrənir və hər zaman təcrübəli pedaqoqların təcrübələrindən bəhrələnir. Onun ən böyük uğuru isə şagirdlərinin sevgisini qazanmasıdır.
2 0

Şərhlər

Oxşar xəbərlər