"Müəllimlərimizi Tanıyaq" - Aynur Rüstəmova
18-10-2023, 12:00
517

"Müəllimlərimizi Tanıyaq" - Aynur Rüstəmova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfəAynur Rüstəmova haqqında danışacağıq :

Rüstəmova Aynur Mirzəbi qızı 30 dekabr 1990-cı ildə Masallı rayon Güllütəpə kəndində ziyalı ailəsində anadan olmuşdur.
1997-ci ildə Masallı rayon Güllütəpə kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur.Dərslərini əla qiymətlərlə oxuduğu üçün 2-ci sinfi bitirdikdə imtahan verərək-eksternat təhsillə 4cü sinfə keçmişdir.
2007-ci ildə həmin məktəbi bitirib Lənkəran Dövlət Universitetinin Tarix və İctimaiyyət ixtisasina qəbul olmuşdur. 
2012-ci ildə ali təhsilini başa vurduqdan sonra ailə qurur və Ağdamda yaşamağa başlamışdır.
2013-cü ildə Ağdam Rayon Təhsil Şöbəsi Texniki Yaradıcılıq mərkəzində dərnək rəhbəri olaraq çalışmağa başlamışdır.
O, uşaqlıqdan xəyalın qurduğu müəllimlik peşəsinə artıq nail olmuşdur. Uşaqlarla işləmək,onları öyrətmək,onların dünyasında olmaq onunçün dünyanın ən zövqlü işidir.
Pedoqoji fəaliyyətlə məşğul olduğu bu illərdə ixtisası olan Tarix fənnini tədris etmək sevgisi bir an belə xəyalından çıxmırdı.
2016-ci il, 2017-ci il və 2021-ci illərdə MİQ imtahanında iştirak etmişdir. Hər bir imtahanda müvafiq keçid balın yığsada yaxın məsafədə vakant yer olmadığı üçün uğur qazana bilməmişdir.
2022-ci ildə MİQ imtahanında yenidən iştirak edir və 89.25 balla rayon üzrə 2ci yer tutur. Ağdam rayon 129 saylı tam orta məktəbdə daimi əsaslarla Tarix müəllimi kimi fəaliyyətə başlayır.
O ,Azərbaycan xalqının tarixi günlər yaşadığı bu ərəfədə keçmişimizi və bu günümüzü şagirdlərinə sevərək və sevdirərək öyrədir.
6 0

Şərhlər

Oxşar xəbərlər