214 nömrəli tam orta məktəbdə “Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.
8-10-2023, 15:30
416

214 nömrəli tam orta məktəbdə “Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

Oktyabrın 10-da paytaxtdakı 214 nömrəli tam orta məktəbdə “Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

 

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı yazıçı, tərcüməçi, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu olacaq.

 

TehsilForumu.Az - ın əldə etdiyi məlumata görə Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, mütaliənin üstünlükləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər