Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir.
7-10-2023, 19:13
468

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azerbaijan” layihəsi çərçivəsində keçiriləcək Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat aparılır.

TehsilForumu.Az - ın əldə etdiyi məlumata görə Təhsil İnstitutundan  bildirilib ki, qeydiyyat oktyabrın 15-i saat 23:59-a qədər davam edəcək. Beynəlxalq STEAM Azərbaycan Festivalı noyabrın 27-dən dekabrın 2-dək Bakı Ekspo Mərkəzində 15 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunacaq. Üçüncü dəfə keçiriləcək festivalın əsas məqsədi müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaradılmasıdır. Dünyada keçirilən bu tip yarışlara şagirdlər və məktəblər xüsusi olaraq qatılırlar. Prosesə mərkəzləşdirilmiş şəkildə yanaşma daha yaxşı nəticələr əldə etməyə imkan yaradacaq. Bu cür tədbirlərin keçirilməsi həmin sahənin ölkə üzrə tətbiqi və genişlənməsi baxımından da effektivdir.
1 0

Şərhlər

Oxşar xəbərlər