Türkmənistanda keçirilən riyaziyyat olimpiadasında məktəblilərimiz uğur qazanıblar
1-04-2024, 15:53
193

Türkmənistanda keçirilən riyaziyyat olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Türkmənistan Respublikasının Arxadağ şəhərində Şərqin böyük mütəfəkkiri və şairi Məhtumqulu Fəraqinin 300 illiyinə həsr olunmuş riyaziyyat olimpiadası keçirilib.
 
Təhsil İnstitutundan bildirilib ki, olimpiadada 13 ölkədən 134 məktəbli iştirak edib.
 
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 5 şagirdi də iştirakçılar sırasında olub.
 
Onlardan 8-ci sinif şagirdi Elvira Quliyeva və 7-ci sinif şagirdi Sübhan Muxtarlı olimpiadada bürünc medal qazanıblar. 
 
Qeyd edək ki, Sübhan Muxtarlı olimpiadanın ən gənc iştirakçısı və ən gənc medalçısı olub.
0 0

Şərhlər

Oxşar xəbərlər