Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək
23-09-2022, 13:34
631

Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

TehsilForumu.Azxəbər verir ki, Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur.

Namizədlər https://miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.
0 0

Şərhlər

Oxşar xəbərlər