Müəllimlərin ənənəvi yerdəyişməsinin sənəd qəbulunun başlanacağı vaxt bilinib
21-04-2022, 11:04
142

Müəllimlərin ənənəvi yerdəyişməsinin sənəd qəbulunun başlanacağı vaxt bilinib

"Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri artıq yekunlaşıb".

TehsilForumu.Az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, təxminən 300-ə yaxın namizəd müraciət edib:

“Növbəti həftə ərzində apellyasiya müsahibələri onlayn qaydada keçiriləcək və ictimaiyyətə geniş məlumat veriləcək. Arelin 25-də müəllimlərin ənənəvi yerdəyişməsinin sənəd qəbuluna start veriləcək. Proses mayın 4-nə kimi davam edəcək".

Nurlan İsmayılbəyli qeyd edib ki, bu il əvvəlki illərdən fərqli olaraq namizədlər sənəd qəbulunda vakansiya seçimi etməyəcəklər:

"Sadəcə şəxsi məlumatlarını göndərəcəklər, sənəd yükləmək lazım olsa sənəd yükləyəcəklər. Emal prosesindən sonra yeni qaydalarla vakant seçiminə start veriləcək”.
0 0

Şərhlər

Oxşar xəbərlər