Anar Qədiməliyev rəsm müsabiqəsində fərqlənən şagirdlərlə görüşüb
7-04-2022, 10:59
525

Anar Qədiməliyev rəsm müsabiqəsində fərqlənən şagirdlərlə görüşüb

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “Ruhumun ünvanı Şuşa!” adlı respublika rəsm müsabiqəsində müxtəlif yerlərə layiq görülən şagirdlərlə görüşüb.

TehsilForumu.Az xəbər verir ki, “Ruhumun ünvanı Şuşa!” adlı respublika rəsm müsabiqəsində Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin şagirdi Həsən Hüseynov II yerlə, M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin şagirdi Sərdar Bağırov III yerlə, N.Aydın adına 18 nömrəli tam orta məktəbin şagirdi Rübabə Ağayeva isə həvəsləndirici yer ilə təltif edilib.

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının regionlarında və Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqə 05 aprel 2022-ci il tarixində Təsviri Sənət Qaleriyasında təltifetmə mərasimi keçirilib.

Rəsm müsabiqəsinə 2 mərhələdə 3 yaş qrupu üzrə 450 təhsil müəssisəsi olmaqla, 950-dən çox rəsm işləri təqdim edilib.
0 0

Şərhlər

Oxşar xəbərlər