İndiki məktəbli formalarının tikilişi dayandırılıb - ETİBAR ƏZİMOV
29-03-2022, 14:40
561

İndiki məktəbli formalarının tikilişi dayandırılıb - ETİBAR ƏZİMOV

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib.

 

2022/2023-cü tədris ilindən tətbiq ediləcək geyim formalarının 4 rəngdə nümunəsi təklif olunur.

 

Bu barədə "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov bilidirb ki, təsdiq edilmiş yeni məktəbli formaları üçün sifariş almayıblar:

 

“Nazirlik tərəfindən məktəbli formaları yeni təsdiq olunub. Bunun üçün də hələ ki müraciət edən yoxdur. İstehsalçı olduğumuza görə istehsala həmişə hazırıq".

 

Onun sözlərinə görə, hazırda qüvvədə olan məktəbli formaları indi təsdiq olunmuş formalardan daha mürəkkəbdir:

 

"Yeni formalarla bağlı nə zaman konkret sifariş olarsa, tikilişlərə başlamağa hazırıq. 1 həftə ərzində təsdiq olunmuş yeni məktəbli formalarından minlərlə tikə bilərik".

 

Köhnə məktəbli formalarının tikilişinin dayandırıldığını bildirən satış müdiri, yeni formaların qiymətlərinin müəyyən olunmadığını vurğulayıb.
0 0

Şərhlər

Oxşar xəbərlər