Şagirdlər hazırda istifadədə olan geyim formalarını gələn ilin yayına qədər geyinə bilərlər
18-03-2022, 15:48
311

Şagirdlər hazırda istifadədə olan geyim formalarını gələn ilin yayına qədər geyinə bilərlər

Azərbaycanda şagirdlər hazırda istifadədə olan geyim formalarını gələn tədris ilinin sonunadək (15 iyun 2023-cü il) geyinə bilərlər.

TehsilForumu.Az xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Sənəddə bildirilib ki, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.
0 0

Şərhlər

Oxşar xəbərlər