Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir
16-03-2022, 10:40
222

Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

TehsilForumu.Az  xəbər verir ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 303 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.

Qeyd edək ki, şifahi müsahibələrin keçirilmə vaxtı və yeri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.
0 0

Şərhlər

Oxşar xəbərlər