Psixoloqların işə qəbulu ilə bağlı müsahibə mərhələsi başa çatıb
18-12-2022, 14:08
699

Psixoloqların işə qəbulu ilə bağlı müsahibə mərhələsi başa çatıb

TehsilForumu.Az xəbər verir ki , Dekabr 16-dan Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində və hazırda psixoloq vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə psixoloqların işə qəbulu üzrə müsahibə mərhələsi başa çatıb.

Sənədlərin yoxlanılması mərhələsinin nəticələrinə əsasən 19 nəfər namizəddən 17-si müsahibə mərhələsində iştirak edib.

Müsahibə mərhələsində namizədlərin vəzifə üzrə nəzəri bilikləri, şəxsi keyfiyyətləri və psixologiya üzrə bacarıqları yoxlanılıb.

Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak ediblər.

Qeyd edək ki, şifahi müsahibələrin keçirilmə vaxtı və yeri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə zəng vasitəsilə bildirilib.



0 0

Şərhlər

Oxşar xəbərlər