Ümumi / Müsabiqə
21-12-2024, 10:30
304
Şagirdlərin nəzərinə! II Kimya-Biologiya olimpiadası keçiriləcək
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli, dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadası keçiriləcək.
TehsilForumu.Az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
Olimpiadanın 3 turdan ibarət keçirilməsi nəzərdə tutulub:
Məktəb turu: 21 dekabr 2024-cü il ️
Rayon turu: 11 yanvar 2025-ci il
Muxtar respublika turu: 8 fevral 2025-ci il
Qeyd edək ki, rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.

Şərhlər