Şəffaf olmayan qrantlar
14-11-2021, 11:58
559

Şəffaf olmayan qrantlar

Cəmiyyətin ayrı-ayrı sahələrində inkişafı təmin etmək üçün hökumət bəzi nazirliklər vasitəsi ilə QHT-lərə  qrantlar verir. Bu yaxşı təşəbbüsdür.  Təəssüf ki, əksər nazirliklər illər ərzində tenderləri hansı "qanun"larla təşkil edirlərsə, qrantları da o üsulla paylayırlar. Nəticədə bu qrantların dövlətə və cəmiyyətə yox, bəzi məmurlara xeyri olur. 

Nazirliklərdə qrant layihələrinin mövzuları aktual problemlərin həllinə yönəlməlidir. Bəzi nazirliklər öz sahələrinə  əhəmiyyəti olmayan, primitiv mövzularda müsabiqə mövzusu təyin edirlər,  qaliblərin seçimi də şəxsi mənafeyə xidmət edir,  əslində isə layihələr ciddi problemlərin həllinə yönəlməli, təşəbbüskarlığın inkişafına dəstək verməli, ictimai mənafe və peşəkarlığa xidmət etməlidir. Nazirliklərin saytında qrantlara dair  xüsusi səhifə olmalı, burada illər üzrə qrantvermə  xronologiyası əks edilməli, hansı layihələrə, nə vaxt, nə qədər maliyyə ayrılması, icraçıların kimliyi, layihələrin nəticələri və problemin həllinə verdiyi dəstək şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir. Bəzi nazirliklərin nəzdində verəcəkləri qrantları "saxta yollarla icra edən",  məqsədi  ayrılan maliyyəni mənimsəmək olan "layihə qrupları" formalaşıb. 

Nazirliklərin nəzdində olan İctimai Şuralar heç olmasa, bu məsələlərin həllində cəmiyyətin  maraqlarını qorumağa çalışmalıdır.

Dos. İlham Əhmədov

1 0

Şərhlər

Oxşar xəbərlər