"Bu hadisənin ictimaiyyətə yayılması uşaqlara pis örnəkdir" - Gənc müəllimin işdən çıxarılmasına REAKSİYA
21-02-2025, 05:00
587

"Bu hadisənin ictimaiyyətə yayılması uşaqlara pis örnəkdir" - Gənc müəllimin işdən çıxarılmasına REAKSİYA

Gəncə şəhər 34 saylı məktəbin 5-ci sinif şagirdini döydüyü iddia edilən ingilis dili müəllimi Cavid Rzayev gündəmdə qalmaqda davam edir. Haqqında işdən çıxarılması ilə bağlı qərar verilən müəllimə nəinki şagirdlər, eləcə də ictimaiyyətdən böyük dəstək var.  

TehsilForumu.Az redaktor.az-a istinadla bildirir ki, mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi müəllimə verilən cəzanın çox sərt olduğunu bildirdi:

"Müəllimə haqq qazandırmasaq da, burada nüanslar var. Yəni müəllimi həddə çatdırmaq məsələsi var. Niyə o həddə çatıb müəllim, həqiqətən də barmaqlarını sındırıbmı və sairə. Amma görünən ondan ibarətdir ki, müəllim sadəcə özünün də dediyi kimi, yaxasından tutub və bildirib ki, dərsə sən niyə gecikmisən. Təbii ki, bu qaydada xəbərdarlıq olmamalıdır. Buna görə hansısa tədbirlər alına bilərdi. Verilən cəza çox sərtdir. Bu barədə araşdırılma aparılmalı, həqiqətən şiddət göstərdiyi təsdiqini taparsa, o zaman hər hansı cəza verilməlidir. Bu cəzanın verilməsi və ictimaiyyətə elan olunması düzgün deyil".  
2 0

Şərhlər

Oxşar xəbərlər