Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor TƏYİNATI
2-02-2024, 07:35
545

Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor TƏYİNATI

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.

Bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məlumat verilib.

Bildirilib ki, rektor Fuad Hacıyev prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.

Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə bundan əvvəlki prorektoru Təhminə Tağı-Zadə AMADA-nın icraçı direktoru təyin edilib.
1 0

Şərhlər

Oxşar xəbərlər