Respublika fənn müsabiqəsinə qeydiyyatın son günü
14-03-2022, 11:27
275

Respublika fənn müsabiqəsinə qeydiyyatın son günü

Respublika fənn müsabiqələrində iştirak üçün elektron qeydiyyat prosesi davam edir. Proses 14 mart saat 18:00-da başa çatacaq. 

 

Bilik yarışında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və Olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. 
 
Qeyd edək ki, VI və VII sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunur. Bu müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.
0 0

Şərhlər

Oxşar xəbərlər