DİM-in imtahanlarında iştirak edən abituriyentlər sual kitabçalarını özlərində saxlaya biləcək?-DƏQİQ CAVAB FacebookTwitterWhatsApp
16-12-2021, 16:55
220

DİM-in imtahanlarında iştirak edən abituriyentlər sual kitabçalarını özlərində saxlaya biləcək?-DƏQİQ CAVAB FacebookTwitterWhatsApp

TehsilForumu.Az xəbər verir ki, Sınaq imtahanlarında iştirak edəcək aituriyentlər, həmçinin tələbələrə sınaq imtahanı kitabçalarını özləri ilə aparmağa icazə veriləcək.

Bu il həm dekabrın 26-da keçiriləcək magistraturaya qəbul və Azərbaycan dili (dövlət dili kimi) üzrə sınaq imtahanları, həm də dekabrın 19-da keçiriləcək I, II, III və IV qruplar üzrə sınaq imtahanları başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə veriləcək.

Qeyd edək ki, dekabrın 19 da DİM tərəfindən bu imtahanlar təşkil ediləcək:

- inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul;
- doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı;

- I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı;

- peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcək.

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni saytımızdan çap edə bilirlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarına tövsiyə edirik ki, kitabça ilə mütləq tanış olsunlar.


İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və sağlamlıq haqqında bəyannaməni mütləq gətirmək lazımdır.
0 0

Şərhlər

Oxşar xəbərlər