"Müəllimlərimizi Tanıyaq" -  Çinarə Nəbiyeva
24-10-2023, 12:58
354

"Müəllimlərimizi Tanıyaq" - Çinarə Nəbiyeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Çinarə Nəbiyeva haqqında danışacağıq.

Nəbiyeva Çinarə Fəxrəddin qızı 26 09 1989-cu ildə 
Qazax rayonun Fərəhli kəndində anadan olmuşdur.
1996-cı ildə Fərəhli kənd məktəbinin 1-ci sinifinə daxil olmuşdur.
Fərəhli kəndi döyüş bölgəsi olmağına baxmayaraq, məktəbdə dərslər nizam, intizamlı şəkildə keçrilirdi.
Həmin məktəbin şagirdi olan Çinarə Nəbi daimi dərslərinə yüksək səviyyədə hazırlaşırdı. Elə müəllimlik peşəsini də Vətənpərvərlik aşılıyan, daimi nizam, intizamlı olan müəllimlərindən göturmuşdur.
2005-ci ildə Fərəhli kənd məktəbini bitirib, Qazax Dövlət Sosial iqtisadi kollecinin "Texnologiya müəllimi" ixtisasına qəbul olmuşdur.
2009-cu ildə həmin kolleci bitirmişdir. 2022-ci ildə Müəllimlərin işə qəbul imtahanında yüksək nəticə göstərmişdir.
Çinarə Nəbi həmçinin kurikulum təlimçisidir. 50-dən çox hazırlaşırdığı müəllim MiQ və sertifikasiya imtahanında yüksək nəticə göstərmişdir. Bu yüksək nəticələri sayəsində MİQ və sertifikasiya üzrə kurikulum təlimçisi "Best of City Avards 2023 mukafatı, Beynəlxalq dərəcəli təlimçi mukafatı və Təhsil Forumu tərəfindən "İlin Peşəkar Təlimçisi" diplomu ilə təltif olunmuşdur. Ailelidir. İki övladı var. Hərbiçi ailəsidir. Hərbiçi ailəsi olduğu və "Vətənpərvər"olduğu uçun qurur duyur.
0 0

Şərhlər

Oxşar xəbərlər