"Müəllimlərimizi Tanıyaq" - Türkan Tağıyeva
24-10-2023, 12:26
304

"Müəllimlərimizi Tanıyaq" - Türkan Tağıyeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Türkan Tağıyeva haqqında danışacağıq 

Tağıyeva Türkan Vüqar qızı 1998- ci il Aprelin 28-də Tovuz rayonunun Qaraxanlı kəndində dünyaya gəlib. O, 2004 - cü ildə Qaraxanlı kənd F. Hüseynov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub.  
Tovuz rayon Aşıq Əsəd Rzayev adına 7 illik musiqi məktəbinin fortepiano ixtisasinı bitirib. 2015-ci ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Texnologiya müəllimliyi ixtisasına daxil olub. 
2019-cu ildə həmin universiteti bitirib. 2020-ci ildə Bakı şəhər 30 nömrəli Füzuli rayon tam orta məcburi köçkün məktəbində texnologiya müəllimi kimi müəllimlik fəaliyyətinə başlayıb, 2021-ci ildə Tovuz rayon Q. Rzayev adina Hacallı kənd tam orta məktəbinə yerdəyişmə edib hal-hazırda həmin məktəbdə texnologiya müəllimi kimi fəaliyyət göstərir. 
O, bu qısa müəllimlik ömründə şagirdlərinin sevgisini qazanmağı bacarmışdır. Uşaqlarla işləməyi, onlara bildiklərini öyrətməyi özünə borc bilir. Daim biliklərini genişləndirməyi özünə hobbi edib. Ona müəllimlik fəaliyyətində uğurlar arzulayırıq.
0 0

Şərhlər

Oxşar xəbərlər