"Müəllimlərimizi Tanıyaq" - Nailə Surxayeva
22-10-2023, 11:54
404

"Müəllimlərimizi Tanıyaq" - Nailə Surxayeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Nailə Surxayeva haqqında danışacağıq.

Surxayeva Nailə Camaləddin qızı 21 yanvar 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 
1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olaraq, məktəbəqədər təhsilin metodikası və pedaqogikası ixtisasına yiyələnmişdir. 
2000-ci ildə Tələbə Elmi cəmiyyətinin təşkil etdiyi konfransda "Yaradıcı oyunlar" adlı məqalə ilə çıxış etmiş, həmin məqalə Tələbə Elmi cəmiyyətinin konfranslarının metodiki vəsaitləri adlı kitabında dərc olunub.
2002-ci ildə ali məktəbi bitirib həmin ildə də Sumqayıt şəhər 52 saylı körpələr evi uşaq bağçasında tərbiyəçi - müəllim vəzifəsində pedaqoji fəaliyyətə başlayıb.
2011-ci ildən həmin müəssisədə metodist vəzifəsində çalışır. 
Ümumilikdə 20 il stajı var.
4 0

Şərhlər

Oxşar xəbərlər