Müəllim! Bu ad hər kəs üçün əzizdir. Hamının müəllimi olub – hətta Hz. Peyğəmbərimiz Məhəmmədin (sav) də.
3-08-2023, 19:36
628

Müəllim! Bu ad hər kəs üçün əzizdir. Hamının müəllimi olub – hətta Hz. Peyğəmbərimiz Məhəmmədin (sav) də.

TehsilForumu.Az- Əziz izləyicilər, bu dəfə sizə

Xaçmaz rayon Alıcqışlaq kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, eyni zamanda məktəbdaxili və sinifdən xaric işlər üzrə direktor müavini Günay Mahmudovadan söz açacağıq. 
Günay müəllim ilə ilk tanışlığımızdan onun pedaqoji fəaliyyətindəki aktivliyi və eyni zamanda rəhbərlik nümayəndəsi kimi məktəbdə yaratdığı səmimi öyrədici mühiti diqqətimizi çox cəlb etdi. İş həyatında Günay müəllim çox ciddi və məsuliyyətli bir kadr olsa da, onun evinin qapısı 17 ildir ki, bütün kəndin uşaqlarına açıqdır. Belə ki, o, şagirdlərə dərslərindəki çətinliklər zamanı təmənnasız yardımçı olur, onlara əsl fasilitator xidməti göstərir. İnkişafı sevən və öz üzərində çalışan bir müəllim kimi Günay Mahmudova bir çox elmi məqalələr və şeirlər müəllifidir. 
Həqiqətən bu cür şərəfli peşəyə sahib olmağın və cəmiyyətimizə sağlam düşüncəli övladlar yetişdirməyin nə qədər məsuliyyətli bir iş olduğunu müəllim qədər heç kim bilə bilməz. Biz Kristal TV olaraq belə fədakar müəllimlərimizin tanıdılması istiqamətində qarşımıza məqsəd qoymuşuq. Bir savadlı müəllimin ən ucqar dağ kəndlərində belə həvəslə çalışdığını bildiyimiz zaman mütləq şəkildə onunla görüşüb sizlərə təqdim etmək missiyasını öz üzərimizə götürmüşük. 

Növbəti sujetlərdə siz bu cür istedadlı, yüksək bilik və bacarıqlara sahib hələ çox müəllim tanıyacaqsınız.

Günay müəllimə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq! 

0 0

Şərhlər

Oxşar xəbərlər