“Məktəbli dron mühəndisləri” layihəsi - Cumayeva  Təranə
12-12-2021, 15:03
804

“Məktəbli dron mühəndisləri” layihəsi - Cumayeva Təranə

Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin  fərdi katiqoriyası üzrə “Məktəbli dron mühəndisləri” layihəsi ilə qalibi olmuş Zaqatala rayon M. Musayev adına Dağlı kənd tam orta məktəbin müəllimi Cumayeva Təranə Abdulla qızı.

      İnteqrativ  təhsilli təhsilalanlar erkən yaşdan başlayaraq məktəbdə yalnız gələcəkdə faydalı olacaq  bilik əldə etməyəcəklər, həm də artıq  məktəbli partasından dünyanı və cəmiyyəti başa düşmək, bu və ya digər problemin səbəbini tanımaq,  həll etmək yollarını necə axtarmağı öyrənəcəklər.Təhsildə inteqrativ yanaşmanın tətbiqi ona gətirir ki, təhsilalanlar düşünülmüş riskləri qəbul edir,   bu isə komanda işini qəbul etmələrinə və yaradıcı proses vasitəsi ilə işləmələrinə səbəb olur.




   Müasir texnologiyalar, süni intelekt həyatımızın bir çox sahələrində-təhsildən müdafiə sənayemizə qədər sürətlə inkişaf etməkdədir. Azərbaycan gəncliyi də bu prosesdə- 3D texnologiyası, dron texnologiyası , robototexnika , kodlaşdırmada yaxından iştirak edir.




  Dron texnologiyası günümüzdə o qədər inkişaf edib ki, biz onların uğurlu tətbiqinə, hətta hərbi meydanda da şahidi olduq. Hər birimiz bilirik ki, 44 günlük   müharibə vaxtı zəfər qazanmağımızda pilotsuz uçuş aparatlarının böyük rolu olmuşdur.



 

   Layihənin məqsədi təhsilalanlara 21-ci əsr bacarıqlarını layihə əsaslı öyrənmə mühitində aşılamaqla müasir texnologiyalara yiyələnmək, təsilalanlarımıza istehsal təfəkkürünü aşılamaq, gənclərimizi istehlakdan istehsala yönləndirməklə  mühəndis-dizayn həllərinin prototipləşdirilməsi istiqamətində praktik biliklər qazandırmaq və bacarıqlar formalaşdırmaq, dron texnologiyası proqram təminatını öyrənməklə yanaşı praktik işlər həyata keçirməkdir.


0 0

Şərhlər

Oxşar xəbərlər