Məktəblilərimizdən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurlu çıxış
5-06-2023, 17:10
387

Məktəblilərimizdən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurlu çıxış

TehsilForumu.Azxəbər verir ki , 31 may və 1 iyun tarixlərində Özbəkistanda iki mərhələdən ibarət Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 30-a yaxın şagird iştirak edib.

4 məktəbli ilə yarışda təmsil olunan komandamızın bütün üzvləri qaliblər sırasında yer alıblar. Belə ki, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 8-ci sinif şagirdi Zəhra İbişova gümüş, Kimya, biologiya təmayüllü respublika liseyinin 8-ci sinif şagirdi Rəfiqə Qəmbərova bürünc, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 8-ci sinif şagirdi Davud Tarverdili bürünc, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Fərhad Hüseynov isə bürünc medal qazanıb.
0 0

Şərhlər

Oxşar xəbərlər