Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılır
18-10-2022, 10:02
407

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılır

TehsilForumu.Az - Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müraciət etmiş şəxslərin elektron poçt ünvanına müsahibəyə qeydiyyatla bağlı bildiriş göndərilir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Namizədlər elektron anketə daxil olaraq müsahibə günü, vaxtını seçir və aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

Elektron sistemə daxil etdiyi anket;

Şəxsiyyət vəsiqəsi;

Təhsil haqqında sənədin əsli (diplom);

İş yeri haqqında arayış (olduğu təqdirdə);

Məhkumluq barədə arayış;

Dövlət qulluğu sertifikatı olan şəxslər müvafiq sertifikatı (olduğu təqdirdə).

Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.

Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Namizədlər müsahibə nəticələri ilə bağlı məlumatla elektron anketlərinə daxil olaraq tanış ola bilərlər. Müsahibədən uğurlu nəticə əldə edən namizədlər ümumi intellekt səviyyəni yoxlayan test imtahanına dəvət edilirlər.

Məlumat üçün bildirək ki, indiyə qədər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi qismində iştirak etmək istəyən 1672 nəfər müraciət etmiş, onlardan 1436 nəfər müraciətini təsdiq etmişdir.

Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, [email protected] ünvanına elektron poçt göndərə, 0552071131 (votsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.
0 0

Şərhlər

Oxşar xəbərlər