Mərkəzi Elmi Kitabxana “Elmin dayanıqlı inkişafı” mövzusunda virtual sərgi təqdim edir
21-04-2022, 15:42
270

Mərkəzi Elmi Kitabxana “Elmin dayanıqlı inkişafı” mövzusunda virtual sərgi təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən azərbaycanlı akademiklərin tədqiqatlarını özündə cəmləşdirən kitablardan ibarət “Elmin dayanıqlı inkişafı” mövzusunda virtual sərgi hazırlanıb.


Bu barədə TehsilForumu.Az -a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə “Qanunverici metrologiyanın əsasları”, Zərifə Əliyevanın biblioqrafiyası, İsa Həbibbəylinin “Ədəbi-tarixi yaddaş və müasirlik” və “Cəlil Məmmədquluzadə. Cümhuriyyət”, Tofiq Allahverdiyev və İradə Hüseynovanın “Buğdanın quraqlığa davamlılığının fizioloji əsasları”, Dilqəm Tağıyev, Manaf Manafov və Asif Məmmədovun “Kimyada informasiya texnologiyalarının tətbiqi”, Tərlan Novruzov və Nərgiz Paşayevanın “Antik ədəbiyyat tarixi”, Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, Gövhər Baxşəliyevanın “Ölməzliyə aparan yol” və “Məqalələr, məruzələr, müsahibələr...” , Ağamusa Axundovun “Seçilmiş əsərləri”, Arif Paşayev, Hacıağa Quliyev və Surxay Səfərovun “Atmosfer proseslərinin fiziki əsasları” və digər dəyərli nəşrlər təqdim olunur.


Bu kitablar elmin müxtəlif sahələrini əhatə etməklə alimlərimizin klassik ədəbiyyat, folklorşünaslıq, elm, incəsənət, tarix və mətbuat dünyası, ekologiya, təbiət elmləri, informasiya texnologiyaları ilə bağlı çoxillik elmi axtarışlarını, tədqiqatlarını əhatə edir.
Kitablar elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai məsələlər ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, virtual ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər