Gənc tədqiqatçılar elektron mikroskopiyanın əsasları barədə məlumatlandırılıb
21-04-2022, 07:27
181

Gənc tədqiqatçılar elektron mikroskopiyanın əsasları barədə məlumatlandırılıb

Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşəbbüsü ilə magistrant və gənc tədqiqatçıların ilk seminarı keçirilib.  

TehsilForumu.Az xəbər verir ki, seminarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev “JEOL JSM7600F SEM-in imkanları və nümunə hazırlığı” mövzusunda çıxış edərək gənc tədqiqatçıları elektron mikroskopiyanın əsasları, iş prinsipi və əsas elementləri barədə məlumatlandırıb.  

O, BDU-nun Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında quraşdırılan Yaponiya istehsalı olan JEOL JSM7600F elektron mikroskopunun imkanları haqqında məlumat verib, müxtəlif növ nümunələrin tədqiqində qarşıya çıxan problemləri sadalayıb. Laboratoriyada aparılan elmi-tədqiqat işlərinin və onların əsasında çəkilən təsvirlərin misalında bu tədqiqat üsulunun geniş imkanlarını göstərib, nümunə hazırlığının düzgün aparılmasının vacibliyindən danışıb.  

Seminar interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.  

BDU-nun Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə magistrant və gənc tədqiqatçıların seminarları davamlı şəkildə aparılacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər