Onbirillik bazada kolleclərin ixtisas seçiminə qəbul üzrə müsabiqə şərtləri
4-04-2022, 15:04
281

Onbirillik bazada kolleclərin ixtisas seçiminə qəbul üzrə müsabiqə şərtləri

Onbirillik bazada kolleclərin ixtisas seçiminə qəbul (cari ilin məzunları buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. 


“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
0 0

Şərhlər

Oxşar xəbərlər